"Nefçti"nin baş məşqçisi Samir Əliyev istefa verib.
Qol.Az-ın məlumatına görə, bu barədə S.Əliyevin özü Premyer Liqanın 8-ci turunda "Qəbələ"yə məğlubiyyətdən (0:1) sonra açıqlamasında deyib.
36 yaşlı mütəxəssis istefa qərarında qəti olduğunu vurğulayıb: "Məğlubiyyətə görə hər hansı bir bəhanə gətirmək istəmirəm. Problemlər fonunda komanda pis oynamadı. 75-ci dəqiqədən sonra öz qapımızda oturmağa məcbur olduq. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Biz də qolu məhz standart vəziyyətdən buraxdıq.
Hazırda mənim istədiyim iki eynigüclü heyət yoxdur. Gənclərimiz çoxdur, zədəlilərimiz var. Amma bütün məsuliyyət mənim boynumdadır. Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam. Fikrim qətidir. “Neftçi” bu yerlərə layiq deyil, məğlubiyyətlərdə bütün məsuliyyət mənim boynumdadır".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın geridə qalan 8 turundan sonra 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?