AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Jurnalist Şakir Eminbəyli "CBC Sport" kanalının açılması ilə bağlı ideyanın ona məxsus olduğunu bildirib. Hətta bu barədə planlarını AFFA rəsmilərinə də çatdırdığını söyləyib. İdeya həyata keçsə də, Eminbəyli layihədən kənarda qaldığını söyləyib…
- Açığı bu haqda məlumatım yoxdu. AFFA-nın rəsmiləri çoxdu. CBC-nin isə AFFA-ya aidiyyatı yoxdu, özəl təşkilatdı. Onun yazdıqlarını tam oxumamışam deyə, bu barədə fikir bildirməkdə çətinlik çəkirəm.
- Ümumiyyətlə, Şakir bəylə şəxsən tanışlığınız varmı?
- Bəli, çoxdan tanıyıram, birgə layihələrimiz olub. O, 2012-ci ildə 17 yaşlı qızlar arasında dünya çempionatında piar aksiyalarımızı keçirib. Biz onunla AFFA-nın onlayn TV-nin açılması haqqında müzakirələr aparmışıq.
- İTV kanalının şərhçisi Tural Dadaşov dediyinə görə, AFFA UEFA-ya müraciət edib ki, milli komandaların matçlarının çəkilişini başqa şirkət etsin…
- Xeyr, bu, doğru deyil. Xorvatiya ilə qarşılaşmanı İTV çəkib. İtaliya ilə görüşü isə UEFA lazımi avadanlıqları olduğu üçün birbaşa CBC kanalı ilə əlaqə saxlayb və bununla bağlı danışıqlar aparıb. Sadəcə, UEFA məsələyə münasibətimizi öyrənib. Biz isə buna müsbət rəy bildirmişik. Amma biz qərar qəbul etməmişik. Bu, UEFA və CBC arasında olan mövzudu.
- Milli komandamızın noyabrda Moldova ilə matçı hansı stadionda keçiriləcək?
- Hazırda bu məsələ ətrafında düşünürük. Həmçinin, klublarla da danışıqlar aparırıq. İki klubumuzun da avrokuboklarda qrup mərhələsində çıxış etdiyini də nəzərə almalıyıq. Bundan başqa stadion rəhbərləri ilə də danışıqlar aparmalıyıq.
- 2009-cu ildə Lənkəranda Finlandiya ilə keçirilən qarşılaşmadan sonra yenidən əyalətdə millinin matçlarının keçirilməsi gündəmdədimi?
- Bəli, növbəti illərdə gözlənilir. Amma Moldova ilə matça çox az vaxt qalıb və onlarla qarşılaşmanın Bakıda keçirilməsi haqqında danışıqlar olub.
- 21 yaşlılardan ibarət milli komandamız ardıcıl 4 oyundu ki, xalsız və qolsuz meydanı tərk edir. Baş məşqçi Yaşar Vahabzadənin yığmada gələcək aqibəti necə olacaq?
- Biz bunu AFFA-nın Məşqçilər Komitəsinin sədri ilə müzakirə etmişik. Qərara aldıq ki, növbəti həftə görüşək. Ondan bir açıqlama gözləyirik. Son qarşılaşmalardakı nəticələr bizi çox narahat edir. Burada əsas məsələ məğlubiyyət yox, məsuliyyətsiz hesabdı. Buna görə də Vahabzadə məşqçilər komitəsinə hesabat təqdim edəcək. Biz bu hesabatla tanış olacağıq və İcraiyyə Komitəsi məktubu AFFA prezidentinə təqdim edəcək.
- Ümumiyyətlə, yeni baş məşqçi axtarılırmı?
- Bizim Yaşar Vahabzadə ilə müqaviləmiz var. Bu haqda nəsə danışmağımız etikadan kənar ola bilər.
Mənbə: Sport7.az
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?