Azərbaycan Premyer Liqasının VIII turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə iki görüş keçirilib.
Lider “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib. Qonaqlar Premyer Liqanın debütantı olsa da, Ağdam təmsilçisi kimi onlar da cari mövsüm məğlub olmamışdı. Lakin son çempion “Zirə”nin bu uğurlu seriyasın son qoyub. Oyun “Qarabağ”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
Digər görüşdə “Neftçi” “Qəbələ”ni qəbul edib. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8-ci tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
17 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, 8-ci tur
18:00. “Qarabağ” – “Zirə” - 4:1
Qollar: Samuel Armenteros, 4 (1:0), 15 (2:0), Riçard Almeyda, 25 (3:0), İqor İvanoviç, 34 (3:1), Riçard Almeyda, 83-pen. (4:1)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
15:30. “Neftçi” – “Qəbələ” - 0:1
Qol: Aleksey Antonov, 90 (0:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuş
16 oktyabr (cümə)
20:30. “Rəvan” – “Kəpəz” - 0:2
Qollar: Julien Ebah, 48 (0:1), Junior Osvaldo, 52 (0:2)
Qırmızı vərəqə: Kənan Manafov, 59, Novruz Məmmədov, 87 Orxan Lalayev, 90 (hər üçü "Rəvan")
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
“Bayıl Arena”.
18 oktyabr (bazar)
18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
20:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
Sumqayıt şəhər stadionu.
Turnir cədvəli
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 8 | 6 | 2 | 0 | 17-7 | 20 |
| 2 | Qəbələ | 8 | 6 | 1 | 1 | 17-4 | 19 |
| 3 | Zirə | 8 | 4 | 3 | 1 | 8-6 | 15 |
| 4 | İnter | 7 | 4 | 1 | 2 | 5-5 | 13 |
| 5 | Kəpəz | 8 | 3 | 2 | 3 | 9-7 | 11 |
| 6 | Neftçi | 8 | 2 | 3 | 3 | 7-8 | 9 |
| 7 | Xəzər Lənkəran | 7 | 1 | 3 | 3 | 5-11 | 6 |
| 8 | AZAL | 7 | 1 | 1 | 5 | 2-8 | 4 |
| 9 | Sumqayıt | 7 | 0 | 4 | 3 | 4-8 | 4 |
| 10 | Rəvan | 8 | 0 | 2 | 6 | 4-14 | 2 |
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?