"Məncə, oyun maraqlı alındı. Xoşbəxtliyi rəqib qapısında axtarmağa və qol vurmağa çalışdıq. İlk hissədə son nöqtəni qoya bilmirdik. Daha sonra dəyişiklik etdik. Ebahın meydançaya daxil olduqdan sonra dərhal qol vurması komandamın əl-qolunu açdı. Düşünürəm ki, ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq. Ən yaxşı oyunlarımız isə hələ irəlidədir".
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 8-ci turunda "Rəvan"a qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Ş.Diniyev bu görüşdə fərqlənən Julien Ebahın hələ pik formada olmadığını bildirib: "Bu soyuqda Bakıya gəlib, komandaya dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm. Ebah qol vursa da, sakitləşmək olmaz. Ebah Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb. İstənilən futbolçu yaxşı oynamaqla əsas heyətin daimi üzvünə çevrilə bilər. Ebahın qol vurması yaxşı haldır, amma hələ onun pik formada olduğunu deyə bilərəm. Sadəcə, onu vurğulayım ki, əvvəl hücumçu problemimiz vardı. Mən həmin vaxt dəyişikliklər edə bilmirdim. İndi isə hücumda dəyişikliklər etmək iqtidarındayam”.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?