“Qəbələ” klubunun argentinalı hücumçusu Fakundo Pereyra Premyer liqanın 7-ci turunda “Xəzər Lənkəran”a böyük hesabla qalib gəldikləri matçdan (6:0) sonra Qol.Az saytına müsahibə verib.
- “Qəbələ” gözəl oyunda möhtəşəm qələbə qazandı...
- Komandamız həqiqətən də gözəl oynadı. Bu qələbə bizə lazım idi. Bu matçdan sonra komandamıza bir neçə günlük istirahət veriləcək. İstirahətdən qayıdandan sonra da hazırlığımız davam edəcək. Qarşıdan gələn matçlarda da yaxşı nəticə göstərməyə çalışacağıq.
- Belə hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Biz digər klublarla oynadığımız görüşlərdə də çox qol vəziyyəti yaratmışdıq. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Bu matçda isə qələbə qazanacağımıza çox inanırdıq. Sevinirik ki, istəyimizə nail olduq. Yaxşı oynayaraq böyük hesabla qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşmamalıyıq. Bu qələbə bizə əlavə güc verməli və daha yaxşı nəticələr qazanmalıyıq.
- Avropa Liqasında “Krasnodar”la matçdakı (1:2) şanssızlığın sizi “Xəzər Lənkaran”la oyunda daha aqressiv etdiyini söyləmək olarmı?
- “Krasnodar”la matçın ikinci hissəsində daha yaxşı təsir bağışladıq. Amma “Xəzər Lənkaran”la oyunun ilk saniyələrdən mükəmməl oynadıq. Ona görə də qələbəyə layiq idik.
- Çətin səfərdən dönməyinizə baxmayaraq, komandada yorğunluq da hiss olunmurdu...
- Krasnodardakı məğlubiyyət bizə çox pis təsir etdi. Çünki o matçdan ən azı bir xalla qayıda bilərdik. Əlimizdən gələni edirdik ki, həmin uğursuzluğu unudaq. Bu qələbə komandamıza faydalı olacaq.
- Dodo ardıcıl iki oyundur vurduğu qollarla diqqət mərkəzinə düşür. O, "Xəzər Lənkəran"la görüşdə Azərbaycan çempionatları tarixində ən erkən qollardan birinə imza atıb...
- Dodonu təbrik edirəm. O, həqiqətən də çox mükəmməl futbolçudur. Dodo hücumla yanaşı, müdafiəyə də kömək etməyi sevən bir futbolçudur. Tək meydanda deyil, meydandan kənarda da mehriban insan, yaxşı dostdur. Çox şadam ki, belə bir futbolçu bizim komandadadır.
Ergün SEYİD
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov