"Belə məğlubiyyətə layiq deyildik" – Skarlatake

"Belə məğlubiyyətə layiq deyildik" – Skarlatake
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2015 / 10:39 4738
-  A +

"Çox utancverici oyun oldu. Belə məğlubiyyətə layiq deyildik. Karyeramda ilk dəfədir ki, belə biabırçı şəkildə uduzuram".

Bu sözləri Qol.Az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Manuel Skarlatake Premyer Liqanın 7-ci turunda "Qəbələ"yə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Rumıniyalı futbolçu məğlubiyyəti komandasında kifayət qədər futbolçunun olmaması ilə əlaqələndirib: "Məğlubiyyətin əsas səbəbi heyətimizin kasad olmasıdır. Rəqibin heyətində isə kifayət qədər futbolçu var. Belə rəqibə qarşı mübarizə aparmaq çətindir. Ona görə də məğlub olduq".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner