“Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Əslində, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamırıq. Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 7-ci turunda "Xəzər Lənkəran"a 6:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
"2 gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq" - deyə o bildirib.
R.Qriqorçuk statistika ilə maraqlanmadıqlarını vurğulayıb:
"Erkən qol oldu, hesab 6:0 oldu və digər məsələlər məni maraqlandırmır. Əvvəl olanların bu gün üçün əhəmiyyəti yoxdur. Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır".
Ukraynalı mütəxəssisin sözlərinə görə, futbolçu heç vaxt arxayınlaşmamalıdır:
"Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalısan”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında