Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin Premyer Liqamızın VII turunda keçirilən “Zirə” - “Neftçi” matçından sonra Sport7.az saytına müsahibə verib
- "Zirə" - "Neftçi" matçını canlı izlədniz. Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- "Zirə" gözəl oyun nümayiş etdirdi. 90 dəqiqəni nəzərə alsaq, qeydə alınan nəticə ədalətlidi. Hesab daha böyük ola bilərdi. Ən güclü komanda kimi "Zirə"ni gördüm.
- "Zirə" Prosineçkini təəccübləndirdi?
- Debütantın bu tura qədər məğlub olmadığını bilirdim. Heyətin yaxşı futbolçulardan formalaşdığından xəbərim var. Yerli və legioner futbolçuları keyfiyyətlidi. Bunu meydançada da gördüm.
- Bu qələbəyə "Zirə" "Neftçi"yə futbol dərsi keçdi" adı vermək olar?
- Kimin zəif, kimin güclü olduğunu hər kəs gördü. Futbolda belə şeylər olur. "Neftçi" pis oyun nümayiş etdirdi.
- Heyəti açıqladız, amma turun oyunları davam edir. Turdan sonra heyətdə dəyişiklik baş verə bilərmi?
- Təəssüflər olsun ki, siyahımız elə də geniş deyil. Cavid Tağıyev də zədəli olduğu üçün onu toplanışdan azad etməli olduq. Əvəzində isə Elvin Məmmədov və Məhəmməd Mirzəbəyova dəvət göndərdik. Turun başa çatması üçün hələ 3 oyun var. "İnter" - "Qarabağ" matçını mən, "Qəbələ" - "Xəzər Lənkəran" qarşılaşmasını isə köməkçilərim izləyəcək. Kimsə zədəli alsa, dəyişiklik olacağı istisna deyil.
- Nə əcəb özünüz əyalətə səfər etmirsiz?
- Bu suala nə cavab verim?
- Necə yəni nə? Gəncədə əsl futbol atmosferi var...
- Harada millinin futbolçuları var, ora da gedirəm. (Bir az qıcıqlanır)
- "Qəbələ" və Lənkəranda millinin futbolçuları çıxış etmir?
- "Xəzər Lənkəran"da Elnur Cəfərovla Rahid Əmirquliyevi tanıyıram. Rahid hər zaman həm millidə, həm də klubda yaxşı oyunu ilə seçilir. Rahidin nəyinə baxmalıyam?
- "Qarabağ"ın "Anderlext" üzərində qələbəsini necə şərh edərdiz?
- Bu, böyük qələbə idi. Çox sevindim. İlk hissədə "Qarabağ" əla futbol nümayiş etdirdi. İkinci hissədə isə rəqib daha üstün idi. Buna baxmayaraq, Qurban Qurbanovun komandası üstünlüyü əldən vermədi və layiqli qələbə qazandı.
- "Qəbələ" "Krasnodar"a məğlub olmağa layiq idi?
- Layiqli olub-olmadığını deməzdim. Futbolda belə nəticələr olur. "Qəbələ" güclü rəqibinə qarşı yaxşı mübarizə apardı. Fikrimcə, "Krasnodar"ın sona yaxın bəxti gətirdi.
- Qarşıda bizi İtaliya və Bolqarıstan milliləri ilə görüş gözləyir. Azərbaycanlı futbolsevərlər hansı nəticəyə ümid edə bilərlər? Prosineçki bizi nəylə təəccübləndirəcək?
- Heç bir söz verə bilmərəm. Futbolda heç kim söz verə bilməz. "Barselona" "Sevilya"ya uduzub. Halbuki hamı "Barsa"nın qalib gələcəyini gözləyirdi. Mən yalnız gözəl futbol nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyimizə söz verə bilərəm.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında