"Qəbələ"nin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının qrup mərhələsində bu gün "Krasnodar"la qarşılaşacaqları oyunla bağlı fikirlərini Qol.Az-ın Krasnodara ezam olunmuş müxbirinə danışıb
- Artıq oyuna saatlar qalıb. Komandada atmosfer necədir?
- Hər şey qaydasındadır. “Krasnodar”la matça tam hazırıq. Hər bir futbolçu öz üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyinə inanıram.
- “Qəbələ” azarkeşləri bu matçdan nə gözləsin?
- Bütün gücümüzü meydanda qoymağa hazırıq. Biz ancaq qələbəyə oynayacağıq. Üç xal qazanmaq üçün hər şey edəcəyik. Buna baxmayaraq bilirik ki, rəqib elə-belə komanda deyil. “Krasnodar” Rusiya Premyer Liqası kimi güclü çempionatda çıxış edir. Hər zaman da liderlik uğrunda mübarizə aparır. Rəqibin heyətində yaxşı futbolçular var. Çox maraqlı komandadı. Ona görə də asan oyun olmayacaq. Biz sadəcə öz futbolumuzu oynayıb, qalib gəlmək istəyirik. İnanıram ki, istəyimizə nail olacağıq.
- "Krasnodar"ın “Qəbələ”dən hansısa üstünlükləri var?
- Deməzdim ki, bizdən üstün cəhətləri var. Sadəcə, rəqibin hücumları çox təlükəlidir. “Krasnodar”ın Ari, Vanderson, Joazinyo, Pavel Mamayev və Fyodor Smolov kimi futbolçularını qeyd edərdim. Bu futbolçuların fərdi ustalıqları güclüdür. Laborde də əla oyunçudur.
- Deməli, bu gün “Qəbələ”nin müdafiə xəttinin işi daha çətin olacaq?
- Tək müdaifə deyil, komanda olaraq çətin olacaq. Amma biz müdafiə futbolu oynamaq fikrində deyilik. Əsas məqsədimiz üç xal qazanmaqdır. Çalışacağıq ki, qol buraxmayaq və imkan düşən kimi hesabda irəli çıxaq. Ən azı heç-heçə etmək istəyirik. Bütün bunlara baxmayarqa, oyun göstərəcək ki, hansı komanda güclüdür.
- "Krasnodar"ın son vaxtlar Rusiya Premyer Liqasında işləri yaxşı getmir. Bu səfərdə xal qazanmağınız üçün bir şans ola bilərmi?
- Ola bilər ki, onlarda enişdi. Amma bu komanda zəyif deyil. Rəqiblərinə qarşı hər zaman yaxşı mübarizə aparırlar. “Borussiya” ilə oyun da göstərdi ki, onlar asan rəqib deyil. Ona görə də demək olmaz ki, “Krasnodar”ın problemləri var.
- Bəlkə, "Krasnodar" öz gücünü Avroliqaya saxlayıb?
- Bəlkə də elədir. Yenə də qeyd edirəm, “Borussiya” ilə çox gözəl oynadılar. Hər komandanın öz məqsədi olur. Götürək İngiltərə Premyer Liqasındakı klubları, onlarda komandalar daha çox yerli çempionata üstünlük verirlər, nəinki avrokuboklara. Bəzi ölkələrdə isə daha çox avr kuboklara maraq göstərirlər. Məncə ,"Krasnodar" üçün də avrokubok daha önəmlidir.
Ergün SEYİD, Krasnodar
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə