Ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçı öncəsi keçirdiyi mətbuat konfransına getmişdim. Günorta saatları idi. İnsanlar "Gənclik" metrosunun çıxışında qurulan çayxanalarda - açıq havada oturub söhbət edir, çaydan dadırdılar. Amma 50 metr aralıdakı kassalar önündə demək olar ki, heç kim yox idi. Baxmayaraq ki, hava da gözəl idi, şəffaf şüşə arxasından boylanan satıcılar da...
Bəli, "Qarabağ" rəhbərliyi bir sıra yeniliklər edərək, bilet satışı xidmətini xanımlara etibar etmişdi. Kassalar üzərində insanların rahat seçim etmələri üçün iri lövhələrdə biletlərin sektorlar üzrə qiymətləri göstərilmişdi. Amma bilet alan yox dərəcəsində idi. Kassalar ətrafındakı qara bazar satıcıları da yoxa çıxmışdı. Bir neçə nəfərlə rastlaşsam da, onlardan bilet istədikdə, nabələd reaksiyalarından tam əmin oldum ki, satıcı deyillər.
Vaxt az idi. Az sonra mətbuat konfransı başlayacaqdı. Konfrans zalına daxil olduqda xeyli jurnalist gördüm. Qurbanovla görüşə gələnlərin sayı oyuna maraq göstərən azarkeşlərlə tərs mütənasib idi. Hələ 20-dək jurnalist ölkəni "Qəbələ" ilə birgə tərk edərək, "Krasnodar"la oyuna yollanıb. Görün, onlar da olsaydı, mətbuat konfransında hansı izdiham yaşana bilərdi. Premyer Liqa mənzərələri gözlərim önündə canlandı. Özümüzün yazıb, özümüzün də oxuduğumuz oyunlardan onlaynlar, qarşılaşmalardan sonra mətbuat konfransları, isti-isti açıqlamalar, görəsən, kimlər üçün maraq kəsb edəcəkdi?
Hər halda, biz optimistik. Optimistik ki, yenə azarkeşlər tribunaları dolduracaq, "Qarabağım" deyə car çəkənlər, "dağlar, sizdə nəyim qaldı?" deyənlər, qırmızı köynəkli ledilər və skayboksları dolduracaq centlmenlər işğal altındakı bölgənin yeganə təmsilçisini yalnız buraxmayacaqlar. Klub rəhbərliyinin bilet qiymətləri qaldırması da onlara mane olmayacaq, "Qarabağ"a azarkeşlik ehtiraslarını söndürməyəcək, "Qarabağ" hayqırtılarını öldürməyəcək.
Stadiona gəldikdə onların gözləri önündə gözəl mənzərə canlanacaq. Daha ot örtüyünü görüb pərişan olmayacaqlar. Futbolçular da uduzandan sonra qazondan şikayətlənməyəcəklər. Çünki artıq meydanın durumu ideal səviyyədədir. Dünən mətbuat konfransından sonra bunun canlı şahidi oldum. Ot örtüyü yazın gəlişi ilə yaşıllaşan çəmənliyi xatırladırdı. Futbolumuzun baharı onsuz da payız ayları sayılır. Beynəlxalq oyunlar, Avroliqa, Avropa çempionatının həlledici oyunları bu vaxta təsadüf edir. Stadion əməkdaşları son tamamlama işlərinə cəlb olunmuşdu. FSM-in işçiləri isə gözə dəymirdi. Otbiçən maşın meydanın zolaqlarını, bir neçə əməkdaş tribunalara Avroliqanın trafaretlərini çəkir, qalanları da işə nəzarət edirdi.
Onlardan biri ilə söhbətləşdim. Dedi ki, ot örtüyü "Qarabağ" klubunun və stadion əməkdaşlarının birgə səyləri nəticəsində ideal formaya çatıb. Nə meydanın ot örtüyü dəyişdirilib, nə də xüsusi texnologiyalar tətbiq olunub. Sadəcə, toxumların səpilməsindən sonra meydanda yaşıllıq əmələ gəlib. Həqiqətən də göz oxşayırdı. Amma stadion əməkdaşı ot örtüyünü Avrokubokların təsnifat mərhələlərində xarici mütəxəssislərin çalışdığı FSM-in pis vəziyyətə salmasından sonra Akif İsmayılovun stadion direktoru vəzifəsindən istefasına dərin təəssüflərini gizlətmirdilər: "Belə direktoru uzun müddət görməyəcəyik. Çox gözəl insan idi. FSM-in yarıtmaz əməllərinə görə məsuliyyəti öz üzərinə götürüb istefa verdi. Halbuki meydanı pis vəziyyətə salan şirkətin işçiləri ayda 10 min avro alırdılar. Biz isə 500 manat maaşla bu işləri görmüşük".
"Qarabağ"ın əvvəlki avrokubok oyunlarında stadionun çölündə kassalar önündə izdiham, arena daxilində isə ot örtüyündə xoşagəlməz mənzərə görərdik. İndi isə vəziyyət əksinə idi...
Bizdən isə bir daha azarkeşləri stadiona səsləmək qalır. Gəlin, "Qarabağ"a dəstək olaq! Bir payız axşamı, yaşıllıqda gözəl oyun izləyək, istirahət edək. Lap məşhur mahnıda deyildiyi kimi: "Aylı gecə, sərin külək, göy çəmən"!
Elşən MƏMMƏDOV,
Sportnet.az
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026