“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin II turunda evdə “Anderlext”I qəbul edəcək.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin qarşıdakı oyunla bağlı suallarını cavablandırıb.
- Çoxdandır azarkeşlərimiz önündə belə oyun keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. “Anderlext”də həmişə ustalıq səviyyəsi yüksək olan futbolçular olur. Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer olunur. Çox diqqətli olmalıyıq. Bizə gəldikdə isə futbolçularımızın hər biri məsuliyyəti dərk edir. Bilirik ki, sürətli olmasaq, bu komanda ilə başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun şahidi olacaqsınız.
- Cumbinyonun meydana çıxmaq ehtimalı varmı?
- Sabahkı oyunda onun adını “18-liy”ə salmayacağıq. Amma növbəti oyunlarda ondan da istifadə edəcəyik.

- Sabah avrokuboklarda yubiley – 50-ci oyununuza çıxacaqsınız. Buna görə futbolçulara əlavə motivasiya vermisiniz?
-Oyun sayının önəmi yoxdu. Biz bütün görüşlərdə, əsasən də Bakıda yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, futbolçularım istəkli oynayıb, əllərindən gələni edəcəklər. Sabah bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik.
- Son günlər mətbuatda “Qarabağ”ın futbolçuları arasında gərginlik olması ilə bağlı yazılar gedir. Belə bir hal olubmu?
- Bu yazıların harda getdiyini bilmirəm. Amma belə bir şey yoxdu. Bizim oyunlara hər biriniz gəlirsiniz. Yəqin ki, belə bir halla rastlaşmamısınız.
- “Qarabağ”ın futbolçuları qol vurduqdan sonra psixoloji cəhətdən yaxşı durumda olmurlar. Ya özlərinə inanmırlar, ya da arxayınlaşırlar. Sizcə, komandanıza psixoloq lazımdırmı?
- Mənə dəfələrlə belə sual veriblər. Ola bilsin ki, hər hasnı bir idman növündə psixoloq lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. Biz “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldır. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram.
- Sabah “Qarabağ”ın heyətində iki hücumçu görə bilərik?
- Bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli futbolçu ilə oynayırıq. Ola bilər ki, sabah hücumda altı hücumameyilli futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.
-Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
- Biz kollektiv oyuna üstünlük verəcəyik. Qeyd etdiyim kimi, rəqibin elə oyunçuları var ki, bir anda oyunun taleyini həll edə bilər. Ancaq çalışacağıq ki, kollektiv şəkildə uğur qazanaq.
- Sabah bir xal qazansanız, bu, sizi qane edəcək?
- Bunu oyundan sonra desəm, daha yaxşsı olar. Çünki göstərdiyimiz oyunun keyfiyyətindən asılı olaraq fikir bildirməliyəm ki, bu nəticə bizi qane edir, ya da etmir.
-“Anderlext”in heyətində daha çox hansı futbolçunu fərqləndirərdiz?
- Rəqibin istedadlı oyunçuları çoxdur. Çox istəkli və sürətlidilər. Okakanı xüsusi qeyd edərdim. İnsayd hücumçuları sürətlidir. Mərkəz müdafiəçiləri ucaboydular, standart vəziyyətlərdə təhlükəlidilər. Sağ müdafiəçiləri həm hücumda, həm müdafiədə oynayır, meydanın hər yerində görünür. Belə komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Fotolar: musavat.com
Yuxarı
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video