"Seysenbaxerin müqaviləsi haqda Olimpiadadan sonra danışacağıq"
“Qarşıdan 2016-cı il yay Olimpia Oyunları gəlir. Bu oyunlardan sonra Seysenbaxerin müqavilənin müddəti haqqında danışa bilərik”.
Qol.Az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.
Azərbaycanın cüdo millisinin yeni baş məşqçisi Peter Seysenbaxerin təqdimat mərasimində çıxış edən baş katib qarşıdakı planlardan danışıb:
“Baş məşqçinin qarşısına konkret məqsəd qoyulmayıb ki, hansı nəticəni versin. Olimpia Oyunlarının nəticəsindən aslı olaraq onun müqaviləsinin hansı müddətə olması məlum olacaq. Əsas məqsəd kişilərdən ibarət yığmamızda 7 cüdoçunun Olimpiadaya lisenziya qazanmasıdı. Hazırda reytinq bunlardan 4-ünə imkan verir. Baş məqçinin tərtib etdiyi plan əsasında Rio Olimpi Oyunlarında iştirak edəcək idmançıların qazanacağı lisenziyaların sayını artırmağa çalışacağıq.