Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat baş məşqçi Robert Prosineçkinin öz köməkçisi Qordon Tsipriçi onun oyununu izləmək üçün Almaniyaya göndərməsinə münasibət bildirib.
Azerisport.az saytına açıqlamasında o, sabah keçiriləcək Münhenqladbax "Borussiya"sı ilə Düsseldorf "Fortuna"sının U-23 komandalarının oyunu öncəsi bunları söyləyib:
"Mən "Fortuna"da sabit çıxış edirəm. Bütövlükdə, işlərim pis getmir. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Tsipriçin mənim oyunumu izləmək üçün səfərə gələcəyini eşitmişəm. Çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərə biləcəyəm və yığmanın məşqçisi mənim oyunumu bəyənəcək. Milli komandada oynamağı çox istəyirəm. Gənclərdən ibarət millidə çıxış etmişəm və əlimdən gələni etmişəm, qollar vurmuşam. Ümid edirəm ki, Azərbaycanın əsas yığmasına da dəvət alacağam, fayda verəcəyəm. "Borussiya" ilə oyundan sonra Tsipriçlə görüşüb söhbət etməyə də vaxtımızın olacağını düşünürəm".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı