Türkiyə kubokunun ikinci təsnifat mərhələsində millimizin qapıçısı Kamran
Ağayevin şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Kurtalanspor"un qonağı
olub.
Qol.Az-ın “sport7.az”a istinadən yaydığı xəbərə görə,
qalmaqalla başlayan görüş yarımçıq dayandırılıb.
Qarşılaşma başlamadan öncə stadionda Türkiyənin İstiqlal marşı səslənib. Bu zaman "Kartalanspor" fanatları himni fitə basaraq, PKK terror təşkilatı lehinə şüarlar səsləndirib. Bundan başqa azarkeşlər PKK-nın marşını oxumaqdan çəkinməyiblər.
Əsas hadisələr isə qarşılaşmanın 72-ci dəqiqəsində baş verib. İlk hissəni 0:1 geridə tamamlayan İzmir təmsilçisi ikinci 45 dəqiqəyə aktiv başlayıb. Artıq 72-ci dəqiqədə Taha Balcının qolu "Karşıyaka"nı 2:1 önə keçirib. Bu zaman qol vuran futbolçu tribunaya tərəf dönərək əsgər salamı verib. Bu isə "Kurtalanspor" tərəfdarlarının etirazına səbəb olub və arenada yenidən Abdulla Öcalanın lehinə şüarlar səsləndirilib.
Əsas hadisələr də bundan sonra başlayıb. Yerli fanatlar qonaq komandanın üzvlərini daşa basıb. Məsələyə müdaxilə edən polis qüvvələri bibər qazından istifadə edib. Bu zaman futbolçular da qazdan zəhərlənib. Qarşılaşmanın keçirildiyi arena bir anda savaş meydanına çevrilib. Buna görə də, n baş hakimi 85-ci dəqiqədə hesab 1:3 olanda matçı yarımçıq saxlayıb.
Qeyd edək ki, Kamran Ağayev qarşılaşmada iştirak etməyib
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər