11 il, 1 ay əvvəl “Bakı” Premyer Liqada ilk oyununa çıxıb. Düzdü, Hafiz Məmmədov komandaya hələ ondan bir neçə ay əvvəldən sponsorluq edirdi. Amma fakt budur ki, rəsmi olaraq komanda “Bakı” adı ilə ilk oyununu 2004-cü ilin 11 avqustunda, Suraxanı qəsəbə stadionunda “Qarabağ”a qarşı keçirib.
Start uğurlu alınmamışdı. Vadim Vasilyev və İsmayıl Məmmədovun hələ birinci hissədə vurduqları qollar “Bakı”nın 0:2 hesablı məğlubiyyətinə səbəb olmuşdu. Həmin oyun həm də uzun illər Azərbaycan çempionatında çıxış edəcək Xalidu Sissoko, Andre Ladaqa, Leandro Qomeş, Fernando Peres və Aleksandr Çertoqanovun (o, hələ də Azərbaycanda çıxış edir – İ.C.) ölkəmizdəki ilk oyunu idi. Başlanğıc uğursuz alınsa da, “Bakı” mövsümü major notlarla bitirdi. Komanda ilk cəhddəcə ölkə kubokuna sahib çıxdı. Növbəti mövsüm isə ilk çempionluq gəldi...
11 il əvvəl olduğu kimi, bu yazının müəllifi dünən də “Bakı”nın mövsümdəki ilk oyununu canlı olaraq stadiondan izləyirdi. “Zolaqlılar” üçün hər şey yenidən başlayır(dı). Amma bu dəfə 1 mərtəbə aşağıdan - I Diviziondan. Geridə qalan 11 ildə çox şey dəyişib. 2004-cü ilin 11 avqustunda "Qarabağ"la oyunda stadionda olanlardan neçəsi bu gün “Bakı”nın yanındadı? Barmaqla sayılacaq qədəri...
11 ildə “Bakı” nələrə nail oldu? Komanda qısa zaman kəsiyində 2 dəfə ölkə çempionu oldu, 3 dəfə kuboku qazandı və Avroliqanın pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü. Avropada böyük uğur qazanmasa da, “Bakı” strukturu və akademiyası ilə öyünə bilər. Elə son zamanlar komandanı ayaqda saxlayanların böyük hissəsi də akademiyadan çıxan öz yetirmələridir.
Dünən “Şərurspor”a qarşı baş tutan matç adi oyun deyildi. Bu, “Bakı”nın “comeback”ı - həm nəticə, həm də klubun gələcək taleyi baxımından geri dönüş idi. “Şərurspor”la oyunun 85-ci dəqiqəsinə kimi hesabda geridə olan “zolaqlılar” 86-cı dəqiqədə bərabərlik, hakimin əlavə etdiyi üçüncü dəqiqədə isə qələbə qolunu vurdular. Ümumiyyətlə, “Bakı” daim geridönüş etməyi bacarıb. 2006-cı ildə Əsgər Abdullayevdən baş məşqçi vəzifəsini təhvil alan Böyükağa Hacıyev ardıcıl 8 qələbə ilə komandanı çempionluğa daşıdı. Daha sonra Bülənt Qorxmazın qoyub getdiyi komandaya Cüneyt Biçər kuboku qazandırdı. Ardınca eyni uğura Bojidar Bandoviçi əvəzləyən Novruz Əzimov da imza atdı. Bu onu göstərir ki, “Bakı”nın rəhbərliyi daim lazımi anda lazımi qərarı qəbul etməyi bacarıb. Qazanılan uğurlarda futbolçu və məşqçilərin də rolu olub. Amma ən böyük pay sahibi rəhbərlikdir. Hafiz Məmmədov, Zeynal Məmmədov, Nail Əliyev, Yaşar Seyidov və Zəka İbrahimov daim komandanın yanında olublar.
Dünən Hafiz Məmmədovun bazanı ziyarət etməsi də göstərdi ki, “Bakı” var, yaşayır və daim da yaşayacaq. “Son aylar ərzində “Bakı”da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə “Bakı” əvvəlki kimi iddialı olacaq. Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və “Bakı” əvvəlkindən də güclü olacaq” - bu sözlər klubun prezidenti Hafiz Məmmədova məxsusdur.
“Bakı”nın prezidenti həm də onu, komandasını hesabdan silənlərə, özlüyündə “Bakı” bitib” deyənlərə cavab verdi. Son zamanlar “Bakı” çox xəyanətlər gördü. Hafiz Məmmədovu görəndə ikiqat olanlar keçmişi unutdular. Bəziləri klubun bazasını ələ keçirməyə çalışdılar. Futbolçuların bəziləri komandanı yarı yolda qoydular. Hətta daim Hafiz Məmmədovu görəndə əzizini görürmüş kimi sevinən bəzi jurnalistlər belə “Bakı”nı, Məmmədovu “baltalamağa” çalışdılar. “Bakı” sınmadı, düzdü büdrədi, amma məhv olmadı. Dünənki qələbə də, Hafiz Məmmədovun komandanı ziyarəti də “comeback”in ilk işartılarıdır. Qısa zamanda hər şey əvvəlki kimi olacaq. Yalnız çətin gündə qaçanlar, əsl simalarını ortaya qoyanlar daha nə kluba, nə də Hafiz Məmmədova yaxın düşə biləcəklər. Hafiz Məmmədova sadiq qalanlar isə daim onun yanında olacaqlar.
Tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Hər şeyin əvvəlkindən də yaxşı olması ümidi ilə...
İbrahim CƏFƏROV,
Futbolxeber.az
Yuxarı
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki