Qazaxıstanda triller: “Astana” pley-off-a necə çıxdı? (VİDEO)

Qazaxıstanda triller: “Astana” pley-off-a necə çıxdı? (VİDEO)
VİDEO 6 Avqust 2015 / 13:40 9840
-  A +

“Astana” klubu Qazaxıstan futbolu tarixində bir ilkə imza atıb.

Qol.Az-ın xəbərinə görə, dünən öz meydanında Finladiyanın “HİK” komandasına 4:3 hesabı ilə qalib gələn qazaxlar Çempionar Liqasının pley-off mərhələsinə yüksəlib.

Cavab qarşılaşması gərginliyi ilə diqqət çəkib. Bu komandaların Filandiyadakı ilk oyunu 0:0 hesabı ilə yekunlaşmışdı. Təkrar matçda qonaq komanda iki top fərqiylə irəlidə olsa da, qazaxlar əzmkarlıq göstərərək üç qol vurublar. Buna baxmayaraq, oyunun 84-cü dəqiqəsində finlər hesabı bərabərləşdiriblər. Bu nəticə onları cütün qalibi edəcəkdi. Amma matçın 90+3-cü dəqiqəsində “Astana” daha bir qol vuraraq tarixi qələbə qazanıb – 4:3.

"Astana" (Qazaxıstan) - HİK (Finlandiya) - 4:3
Qollar:
Yalou, 4 (0:1), Baah, 42 (0:2), Tvumasi, 44 (1:2), Kanas, 47 (2:2), Pastnikov, 56 (3:2), Erfan Zeneli, 86 (3:3), Postnikov, 90+3 (4:3)



Daha çox


Son xəbərlər