“Kəpəz”dən 4 rəsmi transfer

“Kəpəz”dən 4 rəsmi transfer
ÖLKƏ FUTBOLU 2 Avqust 2015 / 11:47 8134
-  A +

“Kəpəz” heyətini dörd legionerlə gücləndirib.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Gəncə təmsilçisi ukraynalı hücumçu Oleksandr Sytnik, brazilyalı yarımmüdafiəçi Martins Junior Osvaldo Jose, portuqaliyalı cinah yarımmüdafiəçisi Da Silva Junior Dario Frederiko və litvalı qolkiper Tadas Simaitisi heyətinə
cəlb edib.

Futbolçularla bir illik müqavilə bağlanılıb.

Əcnəbilər “sarı-göylər” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən baxış üçün düşərgəyə dəvət olunub. Məşqçilər korpusu onları yoxlama oyunlarında sınaqdan keçirib.

Daha çox


Son xəbərlər