“Çempionatda sözümüzü deyəcəyik” – “Neftçi”nin futbolçusu

“Çempionatda sözümüzü deyəcəyik” – “Neftçi”nin futbolçusu
ÖLKƏ FUTBOLU 1 Avqust 2015 / 02:01 5861
-  A +

“Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli “Antalyaspor” klubu ilə yoxlama oyunundan (2:0) sonra fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, ssas heyətdə ilk qolunu vuran hücumameylli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Antalyaspor” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu rəqiblə oyun çox gərgin keçdi. Təlim-məşq toplanışını qələbə ilə başa vurmaq istəyirdik. Çox şükür, buna nail olduq. Şadam ki, əsas heyətdə ilk qolumu vurdum. Amma əsas odur ki, təlim-məşq toplanışında məğlub olmadıq. Çempionatda daha da yaxşı nəticələrlə öz sözümüzü deyəcəyik”.

 

Daha çox


Son xəbərlər
25.05.26  19:14

"Real"a keçə bilər

25.05.26  18:49

Messi zədələnib?

topaz banner