"Rudar"ın futbolçusu “Zirə”də

"Rudar"ın futbolçusu “Zirə”də
ÖLKƏ FUTBOLU 1 Avqust 2015 / 01:01 9818
-  A +

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirir.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Rudar”ın futbolçusu ilə razılıq əldə olnub.

Monteneqrolu  yarımmüdafiəçi İqor İvanoviç bu gün tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 2011-ci ildə "Rudar"a transfer olunan 24 yaşlı futbolçu bir müddət  “OFK Belqrad”da çıxış edib. 2014-cü ildə yenidən “Rudar”a qayıdan İvanoviç ötən mövsüm 26 oyuna 13 qol vurub.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu