"İnter"lə oyun mövsümdə ilk rəsmi matçımız idi. Bu oyunla əsl "Atletik"i görmək çətindir. Matça gəlincə "İnter" 5 müdafiəçi ilə oynayırdı. Belədə rəqibin müdafiəsində çox az boşluq olduğu üçün onlara qarşı oynamaq çətin idi".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletik"in futbolçusu Oskar de Markos Avropa Liqasının III təsnifat mərhələsində "İnter"ə qalib gəldikləri oyundan (2:0) sonra deyib.
İspaniyalı futbolçu komandasının cavab görüşündə də qol vuracağına inandığını bildirib: "Avrokuboklarda evdə qapını toxunulmaz saxlamaq çox önəmlidir. Biz də bunu bacardıq. Daha çox qol vurmaq üçün yaxşı imkanlarımız olsa da, son nöqtəni qoya bilmədik. İndi cavab görüşünü gözləməliyik. Bakıda rəqibimiz qol vurmaq üçün irəli atılmağa məcburdur. Belədə rəqibin müdafiəsində boşluqlar yaranacaq və bizim qol vurmaq imkanımız olacaq".
Qeyd edək ki, "Atletik" və "İnter" arasında cavab görüşü avqustun 6-da Bakıda keçiriləcək.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?