Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda penaltini dəqiq yerinə yetirdikdən sonra etdiyi jesti ilə müzakirə mövzusuna çevrilmiş "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov müsahibə verib.
- Oyun barədə nə deyə bilərsən?
- Çox ağır oyun keçdi. Bizə qarşı yerli azarkeşlərin böyük təzyiqi oldu. Güclü komandaya qarşı oynayırdıq. Bunu əvvəlcədən bilirdik. Belə bir təzyiq altında lazımi nəticəni əldə etdiyimiz üçün sevinirik.
- Razısınızmı ki, komandanız Avropa Liqasında ilk dəfə səfər matçında daha yaxşı təsir bağışlayırdı?
- Bəli. Rəqib komandanın qapısı qarşısında yaratdığımız qol şanslarını nəzərə alsaq, razıyam. Gürcüstanda "Dinamo", Serbiyada isə "Çukariçki" ilə keçirdiyimiz oyunlarla müqayisədə bu dəfə xeyli imkanımız oldu.
- Penalti epizoduna yaxın idin?
- Yaxın idim. Təmiz penalti idi. Çünki biz oyundan sonra da videogörüntüləri izlədik. Baş hakimlə qayda pozuntusuna yol verildiyi yer arasında 7-8 metr məsafə var idi. Oyunçumuzun qarşısının necə alındığı da həmin epizodda açıq-aşkar görünür. Yüz yox, milyon faizlik penaltidir. Rəqib futbolçu Stankoviçin boynundan qucaqlayaraq yerə yıxır.
- Elə isə kiprlilər nəyə etiraz edirdilər?
- Penalti ilə cəzalanan komandanın etirazı normaldır. Hər bir komandaya qarşı cəza veriləndə futbolçuları etiraz edirlər. Bu, artıq ənənəvi xarakter daşıyır.
- Bəs topa yaxınlaşdığınız vaxt "Birdən penaltini dəqiq yerinə yetirə bilmərəm" deyə tərəddüd hissi keçirirdin?
- Düzü, penaltilər zamanı topa yaxınlaşanda həmişə özümə əmin oluram. Sadəcə, penalti epizoduna qədər, hardasa 15-20 dəqiqə gözüm bayrağımızın yanında qalmışdı. Hansı ki, yerli fanatlar bayrağı yandırmağa nə qədər çalışdılar. Az hissəsini yandırdılar. Sonra da cırıb-dağıtdılar. Bayrağımıza qarşı edilən bu hərəkət məni çox təsirləndirdi. Penaltini dəqiq yerinə yetirdim. Sadəcə, bayrağımızın təhqir olunmasına dözə bilmədim və qoldan sonra bu cür reaksiya verdim.
- Hazırda hamı sənin bu jestini müzakirə edir. Qınayanlar da var, təqdir edənlər də. Bir peşəkar futbolçu kimi etdiyiniz hərəkəti necə dəyərləndirirsən?
- Peşəkarlığa qalanda, burada iki məna var. Birincisi, gərək bu hərəkəti etməzdim. İkincisi, bu bayraq məhz mənim üçün, bir azərbaycanlı oğlu üçün az əhəmiyyət kəsb etmir. Bizim bayrağımız elə qiymətlidir ki, neçə-neçə oğlanlarımız ondan ötrü hər şeyə gediblər. Elə götürək Ramil Səfərovu... O bayrağa görə ermənini tikə-tikə doğradı. Əgər bayrağımız o cür təhqir olunursa... Hansı hisslər keçirdiyimi anlatmaqda da çətinlik çəkirəm. Elə insanlar var ki, məni başa düşür, elələri də var ki, tənqid edir. Sadəcə, o hissləri sizə izah edə bilmərəm. Bu, mənim öz içimdən gəldi. Dözülməz bir hədd idi. O atmosferi yaşasaydınız, bəlkə də bilərdiniz.
- Bəs o hərəkəti bayrağın yandırıldığı tribunaya tərəf etsəydin, daha anlaşılan olmazdımı?
- Təbii ki, daha anlaşılan olardı. Amma bu tərəfdə də elə azarkeşlər var idi. O jesti hansı tərəfə göstərməyimin fərqi yox idi. Əsas odur ki, etirazımı gördülər. O anda nə komandanın kapitanı olmağım yadıma düşdü, nə də peşəkar futbolçu olmağım. Keçirdiyim hisslər tam başqa idi. Həqiqətən də böyük təzyiq var idi. Nəinki penalti epizodunadək, hətta oyun başlamamışdan isinmə hərəkətləri yerinə yetirdikdə o təzyiq, bizə qarşı edilən hər bir hərəkət, aqressivlik, təhqir - hər şey var idi. Bəlkə də televiziyada hamısı düşməyib. Amma biz bunları yaşadıq.
- Baş məşqçi və klub rəhbərliyi o hərəkətinə necə reaksiya verdi?
- Əlbəttə, onlar buna yaxşı münasibət göstərə bilməzlər. Amma yenə deyirəm: mənim üçün ilk öncə bayrağımdır, torpağımdır. Bu, qəhrəmanlıq deyil. Xahiş edirəm, bu, qəhrəmanlıq kimi qələmə alınmasın. Sadəcə, içimdən gələn, bayrağımıza qarşı edilən təhqirə jestlə müşayiət olunan əks-reaksiyam idi. Mən 19 yaşadək futbolçulardan ibarət yığmamızda çıxış etdiyim vaxt Kiprdə Ermənistan üzərində 2:1 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda da azarkeşlər dava-dalaş salmışdılar. Bizim qələbəmizi həzm edə bilmirdilər. "Neftçi" 3 il öncə APOEL-lə oynayanda bundan da böyük qalmaqal, təhqirlər olub.
- O hadisənin üstündən yarım sutkadan çox vaxt keçib, ehtiraslar soyuyub. Soyuq başla bu hərəkətinizi təhlil etdikdə, içinizdən üzr istəmək keçir?
- Xahiş edirəm, bunu dəqiq yazın: Mən onların özlərindən, azarkeşlərindən yox, sadəcə, öz xalqımdan üzr istəyirəm. Oyunu televiziya vasitəsilə izləyən xalqımız qarşısında belə hərəkət etdiyim üçün üzr istəyirəm. Böyüyümüz-kiçiyimiz var. Bu jesti edəndə bir az əsəbilik oldu. Amma rəqibə qarşı etmişəm. Xalqımdan, hər bir azərbaycanlıdan üzr istəyirəm. Amma kiprlilərin heç birindən üzr istəmirəm. Yüz dəfə də olsa, yüzündə də elə edərəm.
- Bu hərəkətinə görə UEFA tərəfindən diskvalifikasiya olunsanız və yoxluğunuzda "Qəbələ" mərhələ keçə bilməsə, məsuliyyət kimin boynuna düşəcək?
- Mərhələ keçə bilməsək, həqiqətən də çox pis olaram. Amma inşallah, mərhələni biz keçəcəyik. Bakıdakı oyuna da qələbə əzmi ilə çıxacağıq. Azarkeşlərimizin də böyük dəstəyinə ehtiyacımız var.
Mənbə: Report.az
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı