Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, komanda yeni mövsümdən Türkiyə superliqasında mübarizə aparacaq "Antalyaspor"la qarşılaşıb. "Afyon Arena"da keçirilən matç “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 2:0.
Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama görüşlərində "Alanyaspor"la (Türkiyə) bərabərə (1:1) qalıb, “Əl-Fasali”yə (Səudiyyə Ərəbistan) qalib (2:1) gəlib.
Xatırladaq ki, "Antalyaspor" bu yay məşhur kamerunlu futbolçu Samuel Eto'onu transfer edib.Samuel Eto'o "Neftçi"yə qarşı matçda əsas heyətdə meydana daxil olub.
31 iyul
Yoxlama oyunu
22:45. "Neftçi" (Azərbaycan) - "Antalyaspor" (Türkiyə) - 2:0
Qol: Ruslan Qurbanov, 60, Fəhmin Muradbəyli, 88
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?