"Bacardığımızı etdik. Lakin rəqib çox güclü idi və "Atletik" layiqli qələbə qazandı".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsində "Atletik"ə uduzduqları görüşdən (0:2) sonra deyib.
Komandasının mərhələ keçmək şansının az olduğunu deyən gürcüstanlı mütəxəssis eyni zamanda "Atletik"ə Bakıda çətin olacağını bildirib: "Bu məğlubiyyətdən sonra mərhələ keçmək şansımız azdır. Lakin bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi futbolçularım ilk dəfə idi ki, belə stadionda oynayırdı. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Cavab matçında atmosferin tamamilə başqa olacağını deyə bilərəm. Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq".
Qeyd edək ki, "İnter" və "Atletik" arasına cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır