"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la 1:1 bərabərə qaldıqları oyunun hakimliyi haqda danışıb.
Qol.Az-ın Kipr mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında həmyerlilərinin oyunu yüksək səviyyədə idarə etdiyini bildirib:
"Sergey Boyko Ukraynanın ən yaxşı hakimlərindən biridir. Mənimlə razılaşmaya bilərsiniz. Ancaq Boyko və briqadası oyunu yüksək səviyyədə idarə etdi. Penalti epizoduna gəlincə mən görmədim, amma futbolçularım qayda pozuntusunun olduğunu dedi".
Qeyd edək ki, ukraynalı hakim Sergey Boykonun matçın son dəqiqələrində təyin etdiyi penaltidən sonra "Qəbələ" Cavid Hüseynovun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır