Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın “Seltik”lə dünən keçirilən ilk oyundakı kiçik hesablı məğlubiyyətindən sonra cavab matçının Bakının yeni – 70 minədək azarkeş tutumu olan Olimpiya Stadionunda təşkili məsələsi müzakirə olunmağa başlayıb.
Qol.Az-ın xəbərinə görə, “Qarabağ” avrokuboklarda rəqiblərini bir qayda olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir. Amma “Seltik”lə cavab matçına marağın indidən böyük olduğunu nəzərə alsaq, qarşılaşmaya Respublika stadionunun tamaşaçı tutumundan (31 min 200) daha artıq insanın gələcəyi şübhə doğurmur. Belə olan halda, ilk ağla gələn oyunun Olimpiya stadionunda təşkili məsələsidir.
Qol.Az saytının kiçik araşdırmasına görə, “Qarabağ” (eləcə də bu mövsüm avrokuboklara qoşulan digər klublarımız) UEFA-ya göndərdiyi ərizədə Olimpiya stadionunun sifariş etməyiblər. Bundan başqa, hətta bu arena sifariş olunsa belə, indiki halda oyunun həmin arenada keçirilməsinə UEFA icazə verməyəcək. Çünki Olimpiya stadionunun istənilən nəhəng idman yarışını qəbul etməyə hazır olmasına baxmayaraq, hələlik arena UEFA-dan müvafiq lizenziyanı almayıb. Yəni qitənin futbol qurumu ilk növbədə stadionunun beynəlxalq səviyyəli yarışları təşkil etməyə hazır olmasını rəsmi şəkildə təsdiqləməlidir. Yalnız bundan sonra orada rəsmi səviyyətli beynəlxalq futbol yarışları keçirilə bilər.
Beləliklə, indiki halda “Qarabağ” “Seltik”lə cavab matçını Olimpiya Stadionunda keçirə bilməyəcək.
Bununla belə, yaxın gələcəkdə (“Qarabağ” bu mövsüm qrupa düşəcəyi halda) Ağdam təmsilçisinin həmin arenanı UEFA-ya sifariş edəcəyi istisna olunmur.
Qeyd edək ki, bu günlərdə UEFA nümayəndələri Olimpiya stadionuna baxış keçiriblər. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar.
UEFA rəsmilərinin səfərində məqsəd "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.
Qol.Az-ın əldə etdiyi xəbərə görə, UEFA nümayəndələri stadionunun yüksək səviyyədə olmasından razı qalıblar. Yaxın vaxtlarda Bakı Olimpiya Stadionununa ən yüksək dərəcənin veriləcəyi gözlənilir.
UEFA nümayəndələri Olimpiya Stadionuna baxış keçirərkən
Yuxarı
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir