"İlk dəqiqələrdən kəşfiyyata üstünlük verməyəcəyik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qorxmuruq".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletik"in futbolçusu Mikel San Joze deyib.
26 yaşlı müdafiəçisi Avropa Liqasının III təsnifat mərhələsində sabah qarşılaşacaqları "İnter"lə ilk görüşdə cütün taleyini həll etməyə çalışacaqlarını bildirib: "İnter"i çox az tanıyırıq. Onların "Hafnarfyordur"la oyunlarının videoyazılarını izləmişik. Rəqibimiz çətin komandadır. "İnter"in bu mərhələdə "Atletik" kimi komanda ilə qarşılaşması onlar üçün yaxşı nəticələnməyə bilər. Məqsədimiz də top buraxmadan qalib gəlmək və cütün taleyini elə ilk oyunda həll etməkdir. Hazırda yaxşı formadayıq və sabah öz oyunumuzu sərgiləməyə çalışacağıq. Təbii ki, nəticə önəmlidir. Ancaq mövsümün ilk matçında əsas olan komandanın yaxşı çıxış etməsidir".
Qeyd edək ki, sabah Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi