"Qəbələ"də yeni hücumçu (FOTO)

"Qəbələ"də yeni hücumçu (FOTO)
ÖLKƏ FUTBOLU 27 İyul 2015 / 16:08 12073
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb.

27 yaşlı hücumçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada “Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya  və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

Qeyd edək ki, "Qəbələ" daha öncə 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatıb.

Daha çox


Son xəbərlər
03.11.25  09:59

Salah Lemparda çatdı