"Çox şadam və şərəf duyuram ki, Azərbaycan nümayəndə heyəti ilə birgə dünya çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etdim. Püşkatma möhtəşəm keçdi".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis "DÇ-2018"in seçmə mərhələsində Azərbaycan millisinin düşdüyü C qrupunu dəyərləndirib:
"Çox fikirlər səslənir ki, qrupumuz sərfəli və ya qeyri-münasibdir. Amma indi futbolda zəif rəqib yoxdur. Hər bir rəqibə qarşı ciddi hazırlaşaraq oynamaq və müsbət nəticə əldə etmək lazımdır. Məncə, qrupumuzda ortabab komandaların sayı çoxdur. Bu qrupda hər şey bizim özümüzdən asılı olacaq. Almaniyanı aşkar favorit, San Marinonu aşkar autsayder kimi görürük. Amma hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdır. Bir sözlə, uğurlu nəticədən ötrü güclü yığma formalaşdırılmalı və bu komanda əlindən gələni etməyə hazır olmalıdır".
V.Sadıqovun sözlərinə görə, hazırda əsas məqsəd 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan ibarət olmalıdır. O bildirib ki, baş məşqçi Robert Prosineçki də bunu gözəl başa düşür:
"Milli komandanı formalaşdıran şəxs baş məşqçidir. Prosineçki əsas vəzifəmizin nədən ibarət olduğunu bizdən qat-qat yaxşı bilir. Təcrübəm onu göstərir ki, ən yaxşı, ən güclü futbolçular milliyə dəvət almalı və onlar yüksək nəticə üçün əllərindən gələni etməlidirlər. Bununla yanaşı, bir şeyi də anlamalıyıq ki, ən böyük vəzifəmiz 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə olmalıdır. Cari seçmə tsikldə inamlı çıxışla optimal heyət, optimal oyun modeli və optimal nəticələr əldə edə, psixoloji cəhətdən gələcəyə ümidlə baxa bilərik. Məncə, ən vacibi budur. Bundan öncə də bildirmişəm ki, rəqibdən asılı olmayaraq, öz yığmamız güclü olmalı, inamlı təsir bağışlamalıdır. Bu komandanın qarşısında isə ən böyük vəzifə və məqsədlər qoyulmalıdır".
Sədr Azərbaycan millisinin yer aldığı qrupun AFFA Məşqçilər Komitəsinin bugünkü iclasında da müzakirə olunacağını əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsində Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə eyni qrupa düşüb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı