“Bakıda işimiz daha çətin olacaq” – “Seltik”in futbolçusu

“Bakıda işimiz daha çətin olacaq” – “Seltik”in futbolçusu
ÖLKƏ FUTBOLU 27 İyul 2015 / 02:10 7457
-  A +

"Qarabağ" haqqında elə də çox məlumatım yoxdur. Bildiyim odur ki,  ötən mövsüm Avropa Liqasında yaxşı çıxış ediblər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Seltik”in futbolçusu Çarli Mulqrev Çempionlar liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Şotlandiya millisinin müdafiəçisi cavab matçının daha çətin olacağını qeyd edib. Bunun üçün də o, ilk görüşdən yaxşı nəticə ilə ayrılmalı olduqlarını bildirib: 

“Biz öz meydanınımzda möhtəşəm azarkeş dəstəyi altında oynayacağıq. Bununla belə, oyuna hazır olmağımız çox vacibdir. İlk qarşılaşmada yaxşı nəticə qazanmalıyıq. Çünki Bakıda bizim üçün çətin olacaq. Uzun yol qət edəcəyik. Belə vəziyyətdə uğurlu nəticə əldə etmək çətin olur.  2013-cü ildə Qazaxıstanın "Şaxtyor" klubuna qarşı səfər oyunundan  əliboş qayıtmışdıq. Uzaq səfər matçının nə demək olduğunu bilirik. İlk oyunda qələbə qazanmasaq, cavab görüşündə işimiz çətin olar”.

Xatırladaq ki,  iyulun 29-da keçiriləcək “Seltik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər