"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə cavab matçından (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, komandasının əsl xarakter göstərdiyini deyən klub rəsmisi növbəti rəqib haqda da danışıb.
- “Qəbələ” səfər matçında məğlub olsa da, Bakıda lazım olan nəticəni qazanaraq “Çukariçki”ni mübarizədən kənarlaşdırdı. Təəssüratlarınızı bilmək istərdik.
- Maraqlı matç alındı. Qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən də gözləyirdik. Çünki səfərdə oyunumuz alınmamışdı. Amma cavab oyununda komandaya inanırdıq. Ən azı komanda xarakter göstərməli idi. Sevinirik ki, sonda qələbə qazanan tərəf biz olduq.
- Tale Heydərov oyundan sonra paltardəyişmə otağında futbolçularla görüşdü. Klub prezidenti futbolçulara nə dedi?
- Futbolçuları qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, növbəti mərhələdə də onlardan bu uğurun davamını gözləyir.
- Sizcə, bunun davamı gələcəkmi?
- “Apollon” daha ciddi rəqibdir. Artıq bütün diqqətimizi qarşıdakı oyuna yönəldib, yaxşı hazırlaşmalıyıq. “Çukariçki” ilə oyundakı səhvləri qarşıdakı matçlarda təkrarlamamalıyıq.
- Rəqib haqda hansı məlumatlarınız var?
- Hələ ki, rəqib haqqında ümumi məlumatlara sahibik. Bilirəm ki, Avropa Liqasında bu mövsüm keçirdikləri oyunlarda qapılarından qol buraxmayıblar. Tam dəqiq analiz etmək məşqçilərimiz üzərinə düşən işdir. Çalışacağıq ki, “Apollon” haqqında qarşıdakı günlərdə daha dolğun informasiya əldə edək. Bundan sonra onların nəyə qadir olduqlarını biləcəyik.
- Komandaya yeni hücumçu transfer ediləcəyini bildirmişdiniz.
- Bəli, namizədlərimiz var. Hazırda danışıqlar gedir. Siyahımızda olanlar əcnəbi hücumçudur. Yəqin ki, yaxın günlərdə bu haqda daha dəqiq məlumat verəcəyik.
- Növbəti oyuna qədər yeni transferin reallaşacağı mümkündür?
- Bəlkə də keçidi ilk oyuna kimi reallaşdıra bilərik. Amma “Apollon”a qarşı oyunlarda iştirak edəcəyini düşünmürəm.
- Hazırkı heyət “Apollon”u keçmək üçün kifayət edəcək?
- Hər şey ola bilər. Niyə də keçməyək?
- Amma “Çukariçki” ilə oyunun sonunda komandada müəyyən problemlər olduğu görünürdü. Xüsusən də fiziki yorğunluq var idi.
- Bəli, problemlər hiss olunurdu. Çünki həm komandamız təlim-məşq toplanışını tam keçməyib, həm də yeni oyunçular çoxdur. Onların tam uyğunlaşması üçün vaxt lazımdır. Bütün bunlara baxmayaraq, “Qəbələ” bu görüşdə xarakter nümayiş etdirdi.
- Əvvəlki iki mərhələdə “Qəbələ” ilk oyununu səfərdə keçirdi. “Apollon”la ilk oyunun isə evdə baş tutacaq. Bu amilin komandanıza hansısa təsiri ola bilər?
- Düşünürəm ki, heç bir fərqi yoxdur. Matçın harda keçirilməsindən asılı olmayaraq meydanda 90 dəqiqə mübarizə aparmaq lazımdır.
- Həm “Qəbələ”, həm də “Qarabağ” avrokuboklarda III təsnifat mərhələsinə adladı. Premyer Liqanın ilk turunda da bu iki komanda bir-biri ilə qarşılaşacaq. Ola bilərmi həmin matç təxirə salınsın?
- Bəli, mümkündür.
Ergun SEYİD
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi