Çempionlar Liqasının ikinci təsnifat mərhələsində sabah “Qarabağ”la cavab matçına çıxacaq “Rudar”ın hücumçusu İqor İvanoviç oyun öncəsi Qol.Az saytına müsahibə verib.
- Bakıda keçirilən ilk matçdakı nəticəni (0:0) sizin üçün sərfəli hesab etmək olar?
- “Qarabağ”la səfər matçımız maraqlı alındı. Onu deyə bilərəm ki, bu günə qədər meydana çıxdığım ən böyük oyunlardan biri idi. Stadionda çox gözəl ab-hava vardı. Elə bir azarkeş kütləsi qarşısında heç-heçə etmək bizi razı salmaya bilməz.
- İlk matça kimi “Qarabağ”ın çox güclü komanda olduğunu söyləyirdiniz. Sizcə, rəqibə qalib gəlməyə nə mane oldu?
- “Qarabağ” çox gözəl oyun sərgiləyən bir komandadır. Biz bunu bilirdik və meydanda da şahidi olduq. Komandanızın topla çox yaxşı rəftar edən və dəqiq ötürmələr edən futbolçuları var. Ancaq biz müdafiədə diqqətli oynadıq. Bakıda bizim üçün bəlkə də ən yaxşı nəticəni qazandıq.
Biz müdafiə olunmağa məcbur idik. Çünki “Qarabağ” kimi güclü komanda ilə ilk matçdan lazım olan nəticəni qazanmalıydıq. Sevinirəm ki, buna nail olduq.
- Monteneqrodakı cavab matçında da müdafiə futbolu oynayacaqsınız?
- Yox. Doğma meydanda bizə qol vurmaq lazımdır. Amma yenə də ehtiyatlı oyuna üstünlük verəcəyik. Bacardığımız qədər səhv etməməyə çalışacağıq. Bakıdakından da biraz sərt oyun sərgiləyəcəyik.
- Bəs, “Qarabağ”ın necə oyun sərgiləyəcəyini gözləyirsiniz?
- Hər zaman qeyd etdiyim kimi, “Qarabağ” çox yaxşı komandadır. Onların güclü futbolçuları, baş məşqçiləri və böyük tamaşaçı kütləsi var. “Qarabağ” bizimlə qapalı futbol oynayacağına inanmıram. Onlar daha çox hücuma atılacaq və qol vurmağa çalışacaqlar. Çünki səfərdə vurulan qol “Qarabağ” üçün çox əhəmiyyətlidir.
- Səncə, cavab matçının favoriti kimdir?
- Sözsüz ki, “Qarabağ” hələ də favoritdir. Onların növbəti mərhələyə keçmək üçün yaxşı şansları var. Amma bizim də şansımız bitdiyini demək olmaz.
- Bakıda qazanılan bərabərlik cavab matçı üçün üstünlüyünüz sayıla bilər?
- Düşünürəm ki, bu, “Qarabağ” kimi komandaya qarşı üstünlük deyil. Çünki onlar cavab matçında bir qol vursa, biz iki cavab qolu vurmağa məcburuq ki, bu da bizim üçün çox çətin olacaq.
- İlk matçda “Rudar”ın müdafə xətti daha çox Reynaldonu zərərsizləşdirməklə məşğul idi.
- Biz bilirdik ki, Reynaldo “Qarabağ”ın ən yaxşı futbolçusudur. Ona görə də bu futbolçuya qarşı diqqətli olmalı idik. Amma Reynaldonun özü də keyfiyyətli oyun göstərə bilmədi. Bununla belə, bir neçə epizodda bizim üçün təhlükə yaratdı.
- “Qarabağ”- “Rudar” cütünün qalibi böyük ehtimalla Şontlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq.
- “Seltik” Çempionlar Liqasında təcrübəsi olan böyük bir klubdur. Onların fanatları da Avropada ən yaxşılardan biridir. Onların arenasında futbol oynamaq çətindir. Düşünürəm ki, növbəti mərhələyə kim keçsə, onu çox çətin oyun gözləyir. Biz ilk növbədə “Qarabağ”dan üstün olmağa çalışacağıq. Ona görə də bu dəqiqə “Qarabağa”a qol vurub qələbə qazanmaq haqqında düşünürük. Növbəti mərhələyə keçə bilsək, “Seltik” haqqında danışarıq.
Ergün SEYİD
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel