"Məşqlər çox yüksək səviyyədə keçir, hər şey əladı. Ərzurumda toplu məşqlərlə üstünlük verib, texniki və taktiki hazırlıq üzərində işləyirik".
"Kəpəz"in mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, bu sözləri “Kəpəz”in gənc futbolçusu Tural Rzayev deyib.
Komandanın Türkiyədəki təlim-məşq toplanışını klubun mətbuat xidmətinə dəyərləndirən hücumameylli yarımmüdafiəçi Şahin Diniyevlə işləməyin onlar üçün fürsət olduğunu da deyib. Rzayev hazırlıq prosesində təcrübəli baş məşqçinin əməyini yüksək qiymətləndirib: “Şahin müəllimlə işləmək əlbəttə ki, bizim xeyrimizədir. Bu, bizim üçün bir şansdır. Diniyev sözünü demiş məşqçidir. Fikrimcə, biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik. Məşqlərdə futbolçulara dəyərli məsləhətlər verir, yol göstərir”.
22 yaşlı futbolçu “Kəpəz”ə Gəncədə təşkil olunan seleksiya toplanışından sonra düşüb. O, 30-dan çox namizəd arasından seçilən üç oyunçudan biridir. Rzayev özünü Bakıda keçirilən yoxlama oyunlarında da yaxşı tərəfdən göstərməyi bacarıb. O, AZAL və 19 yaşlılardan ibarət Azərbaycan yığması ilə görüşlərdə qol vurub.
“Komandaya dəvət alan bütün gəncəli futbolçular kimi mənim üzərimə də daha çox iş düşür. Azarkeşlər bizi diqqətdə saxlayacaqlar. Gəncə doğma şəhərimizdir, çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək. Bunun üçün var gücümüzlə çalışırıq” - deyə T.Rzayev bildirib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi