"Yuventus"un futbolçusu Arturo Vidala təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Bavariya" klubu çilili futbolçunu transfer etmək istəyir.
Artıq Münhen təmsilçisi 28 yaşlı futbolçu ilə danışıqlara başlayıb. "Bavariya" Vidal üçün "Yuventus"a 37 milyon avro ödəməyə hazırdır. Vidal "Bavariya"nın təklifini qəbul edəcəyi təqdirdə həftəsinə 130 min avro qazanacaq.
Qeyd edək ki, Vidal 2011-ci ildə "Bayer" (Leverkuzen) klubundan "Yuventus"a transfer olunub.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi