Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata, tenderdə iştirak etmək istəyən kanallar üçün son müraciət tarixi 3 avqustdur.
Tenderin qalibi olmaq istəyən televiziya kanalları üçün şərtlər bunlardır:
- Premyer Liqanın hər tur minimum 2 oyunu canlı yayımlansın.
- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın.
- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın.
Qeyd edək ki, tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq. Bundan əlavə, tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi