"Qəbələ" "Çukariçki" ilə oyunun hazırlıqlarına başladı

"Qəbələ" "Çukariçki" ilə oyunun hazırlıqlarına başladı
XƏBƏR 20 İyul 2015 / 00:01 2509
-  A +

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. 

Ötən gün şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun komandası fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı 8-ci km qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, iyulun 23-də Bakıda keçiriləcək “Qəbələ” - “Çukariçki” oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər