"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçusu Mario Qötzenin komandadakı gələcək taleyi haqda danışıb.
Qol.Az-ın AFP-yə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis almaniyalı futbolçunun Münhen təmsilçisində qalacağını bildirib:
"Qötze dünya səviyyəli futbolçudur. O, növbəti mövsümdə də komandada qalacaq. Onun digər klublarla danışığı olmayıb. Başqa nəsə əlavə etmək istəmirəm".
Qeyd edək ki, Qötze 2013-cü ildə "Borussiya"dan (Dortmund) "Bavariya"ya transfer olunub.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi