"İnter"in sabiq baş məşqçisi Roberto Mançini maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Gazzetta TV"yə danışan italiyalı mütəxəssis 2008-ci ildə "İnter"də onu əvəzləyən Joze Mourinyonun uğurlarını qısqandığını bildirib:
"2008-ci ildə "İnter"dən qovulacağımı gözləmirdim. Səhər xəbərlərini izlədikdən sonra içimdə şübhə oyandı. Daha sonra klub prezidenti zəng edərək mənimlə yollarını ayırdıqlarını bildirdi. Mən də onlara təşəkkür edərək komandada ayrıldım. Mourinyoya gəlincə çox yaxşı məşqçidir. Onun bir mövsümdə üç kuboku qazanmasını qısqandım. Ancaq düşünürəm ki, bütün bunlar baş verməli idi ki, biz də bunları yaşadıq".
Qeyd edək ki, "İnter"lə 3 mövsüm İtaliya A Seriyasını qazanan Mançini 2008-ci ildə yerini Mourinyoya təhvil verib. Portuqaliyalı mütəxəssis də öz növbəsində 2009/2010 mövsümündə A Seriyası, İtaliya kubokunun və Çempionlar Liqasının qalibi olub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi