"Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı son qərarı dövlət başçısı verəcək".
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu bu gün mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir xatırladıb ki, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddia edib: "Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bundan başqa, Ümumdünya Şahmat olimpiadasına ev sahibliyi edəcəyik. Həmçinin Azərbaycanda "Formula 1" yarışı keçiriləcək. İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi barədə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı məsələ də var, yekun qərarı dövlət başçısı verəcək".
O, qeyd edib ki, Azərbaycanın 2024-cü il Yay olimpiadasına ev sahibliyi etməsi ilə bağlı müraciət üçün sentyabrın 15-dək vaxtı var.
Gənclər və idman naziri Avropa Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarında bir çox legionerlərin təmsil olunduğu Azərbaycan komandasının uğurlu nəticə göstərməməsinə də münasibət bildirib.
A.Rəhimov deyib ki, üzgüçülərin məşq etməsi üçün vacib olan ən əsas məsələ üzgüçülük hovuzunun olmasıdır: "Üzgüçülərin 50 metrlik hovuzda məşq etməsi lazım olduğu halda, onlar 25 metrlik hovuzda məşq ediblər. Bu günə kimi Bakıda Azərbaycan Üzgüçülük Federasiyasının məşq etmək və uşaqları toplaması üçün hovuzu yox idi. Bizim yığmamız son illərdə tikilən Şağan və Hövsan olimpiya idman komplekslərində 25 metrlik hovuzda məşq edirdi. Lakin bilirsiniz ki, 50 metrlik hovuz üçün 25 metrlik hovuzda məşq etmək olmaz. Bu həmin idman növünün qaydalarına ziddir".
Nazir komandada legionerlərin təmsil olunmasının normal hal olduğunu və belə bir təcrübənin bütün dünya ölkələrində olduğunu deyib.
A.Rəhimov əlavə edib ki, legionerlərin dəvəti rəqabət şəraitində digər iştirakçıları da yaxsı nəticə göstərməyə ruhlandırır: "Legionerlərin nailiyyətləri digərlərini ruhlandırır. Yaxşı olmaq üçün maddi-texniki baza olmalı, komandada kütləvilik olmalıdır. Növbəti addım seleksiya üzrə məşqçinin olmasıdır. Onlar azyaşlı ulduzları aşkar edə bilərlər. Sonda da onların məşq prosesi professional məşqçilərin nəzarəti ilə aparılır. Əgər bu olarsa, o zaman hər bir idmanda nailiyyətlər də ola bilə
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı