Bürünc mükafatçımız: "İnanıram ki, ondan revanş alacağam"

Bürünc mükafatçımız: "İnanıram ki, ondan revanş alacağam"
XƏBƏR 18 İyun 2015 / 23:00 3132
-  A +

"Mənim üçün ilk Avropa Oyunlarının bürünc medalı çox əhəmiyyətlidir. Çünki biz buna çox hazırlaşırdıq və medalı əldə etmək istəyirdik".

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" Birinci Avropa Oyunlarında 125 kq çəkidə sərbəst güləş üzrə bürünc medal qazanan Cəmaləddin Məhəmmədov deyib.

O, bildirib ki, qızıl medal istəsə də, bu alınmayıb:

"Hədəflərimdən biri də qızıl olmadığı təqdirdə bürünc medal idi. Məni dəstəkləyən azarkeşləri məyus etmək istəmirdim. Üstəlik Oyunlar öz ölkəmdə keçirilirdi. Bürünc medalı qazanmaqda onların böyük dəstəyi oldu. Bütün gücümdən istifadə etsəm də, qızıl medal alınmadı. Bu gün rəqibim məndən daha yaxşı idi. Bundan sonra hazırlaşacağam, Dünya çempionatında və olimpiadalarda iştirak edəcəyəm".

Bürünc medalçı rəqibi haqda da danışıb:

"Əvvəllər də finaldakı rəqibimlə üz-üzə gəlmişdim və uduzmuşdum. İnanıram ki, ondan revanş alacağam. Hər bir idmançını udmaq olar".

Daha çox


Son xəbərlər