21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri "Avro-2017"nin seçmə nərhələsində Farer Adalarına qalib gəldikləri oyunla (1:0) bağlı fikirlərini bildiriblər.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin müdafiəçisi Cəmil Hacıyev bildirib ki, matçdan əvvəl məşqçiləri qarşılaşmanın çətin keçəcəyini deyiblər:
"Çünki qələbə qazanmaq vacib idi. Belədə futbolçular təzyiq altında olurlar. Özümüz də başa düşürdük ki, Almaniya, Avstriya yığmalarına qarşı oynamaq daha asan olacaq. Ona görə ki, həmin oyunlarda “ikinci nömrə”dən oynamalı olacağıq. Bu oyunda isə mütləq qələbə qazanmalı idik, daha doğrusu, buna borclu idik. Asan olmadı, amma sonda istədiyimiz nəticəni əldə etdik.
Oyuna uyğunlaşmaq üçün vaxtımız da az oldu. Farer adalarına gəldiyimiz gün hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bu da müəyyən çətinlik yaratdı. Amma iki həftə ərzində düzgün məşq prosesi keçməyimiz köməyimizə çatdı. Əsas odur ki, 90 dəqiqə fiziki cəhətdən yorulmadan mübarizə apardıq və qələbə qazandıq".
C.Hacıyev qrup mərhələsinə qələbə ilə başlamağın vacib olduğunu vurğulayıb:
"Bildiyimə görə, bu yaşda komandalarımız heç vaxt rəsmi oyunlara 3 xalla start verməyib. Bu uğurun davamını gətirməliyik. Ən azı, ötənilki nəticəmizi yaxşılaşdırmalıyıq. Bunu bacaracağımıza inanıram. İstəmirəm ki qrupumuzdakı digər komandalar bizə zəif rəqib kimi yanaşsınlar. Sübut etməliyik ki, biz də futbol oynamağı bacarırıq”.
Adil Nağıyev oyun barədə bildirib: “İlk oyunumuz olduğuna görə, qələbə qazanmaq istəyirdik. Məşqçilərimiz də tapşırmışdılar ki, qələbə bizim üçün vacibdi. Oyundan əvvəl hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bununla belə, təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizdən, problem yaranmadı. Bu qələbə sonrakı oyunlara yaxşı motivasiya olmağımıza şərait yaradacaq. Qarşıdakı 2 oyunu öz meydanımızda keçirəcəyik. Həmin oyunlarda da yaxşı nəticə qazanacağımıza inanıram.
Rəqib hücumçuların boyunun hündür olması problem yaratmadı. Çünki bizim müdafiəçilər də onlardan geri qalmırdı. “İkinci mərtəbə”də onlardan daha yaxşı oynadıq.
Hesabın gec açılması müəyyən gərginlik yaratmışdı. 60-cı dəqiqədən sonra uşaqlarda həyəcan hiss olunurdu. Qələbə istəyi gərginlik yaratmışdı. Rəqibin 1-2 təhlükəli epizodu da oldu. Əslində, biz hesabı erkən aça bilərdik. Birinci hissədə daha çox şansımız oldu. Amma 81-ci dəqiqədə bunu bacardıq. Gec oldu, amma istədiyimiz oldu.
Qələbə ilə başladıq, bu templə də davam etməyi düşünürük. Qrupumuzda güclü rəqiblər yer alsa da, sona qədər mübarizə aparacağıq. Həm də bu oyundan öncə heyətimizdə zədəli futbolçular vardı. Lakin onların əvəzinə meydana çıxanlar bunu hiss etdirmədilər.”
Elnur Cəfərov deyib ki, oyunun çətin keçəcəyini gözləyirdilər:
"Çünki Farer adaları yığması da uduzmamaq üçün mübarizə aparırdı.
Oyunun səfərdə keçməsi də bizim üçün çətinlik yaratdı. Ancaq uşaqlar mübarizədən qopmadılar və sonda istəyimizə çatdıq.
Qrupun güclü komandalarından biri ilə qarşılaşsaydıq, bəlkə də bu qədər çətin olmazdı. Farer adalarının oyunçuları “ikinci mərtəbə”də güclüdür. Əksər oyunçuları ucaboydur. Amma bundan çəkinmədik. Onlara təhlükəli epizodlar yaratmağa imkan vermədik. Həm də başla yaxşı oynadıqlarını nəzərə alıb künc zərbəsi vurmaq şansı qazanmalarına imkan vermirdik.
Onlar çox aqressiv idilər. Hətta buna görə qırmızı vərəqə də aldılar. Səbəbi isə öz meydanlarında oynamaları, xal qazanmaq istəmələri idi.
Birinci hissədə biz üstün tərəf idik. Onlara heç bir şans vermədik. Hesab əslində böyük olmalı idi”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə