Azərbaycanlı taekvondoçu Fəridə Əzizova I Avropa Oyunlarında medal uğrunda mübarizə aparmaq niyyətindədir.
Qol.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə idmançının özü bildirib.
F.Əzizova Niderland taekvondoçusuna qarşı keçirdiyi ilk döyüşü ilə bağlı şərh verib: “İlk döyüş olduğuna görə bir az çətin idi. İdmançı isinə tam qüvvəsi ilə açıla bilmir. Doğma azarkeşlər qarşısında çıxış etmək də üzərimizə əlavə məsuliyyət qoyur. Qələbə qazandığım üçün çox şadam. ¼ final mərhələsində artıq rəqibim bəllidir. Bu Türkiyə nümayəndəsi Nur Tatardır. Əvvəlcədən nəsə deməyi xoşlamıram, ancaq qalibiyyət uğrunda mübarizə aparacağam”.
F.Əzizova həmçinin yarışların təşkil olunmasına da münasibət bildirib: “Oyunların təşkili yüksək səviyyədədir. Taekvondo da daxil olmaqla, bütün idman növlərində yarışlar çox uğurla keçirilir. Təşkilatçılar əməklərini əsirgəməyiblər. Bu, I Avropa Oyunlarıdır və ölkədə taekvondo üzrə keçirilən ən böyük yarışlardır. Bu, biz taekvondoçular üçün çox əhəmiyyətli məsələdir, çünki taekvondo nisbətən yeni idman növüdür. Bu, bütün dünyaya və xüsusilə Azərbaycana taekvondonun yaxşı idman növü olduğunu nümayiş etdirməyimiz üçün yaxşı fürsətdir. Azarkeşlərin dəstəyini hiss edirik. Əsasən raundun sonlarında elə məqamlar olur ki, gücümüz qalmır, amma dəstək sədaları ikinci nəfəsin açılmasına kömək olur”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı