"Kamerada prezident İlham Əliyevin zala daxil olduğunu gördüm. Həmin vaxt həyəcanlandım. Döyüşə çıxanda prezidentin oturduğu tərəfə baxmadım ki, daha çox həyəcanlanaram. Döyüş sonra prezidentə əl elədim".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında taekvondo yarışlarında finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Ayxan Tağızadə (68 kq) jurnalistlərə deyib.
İdmançımız bildirib ki, yarımfinal görüşündən əvvəl Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev prezidentin döyüşə baxacağı barədə ona məlumat verib:
"Buna görə də var gücümlə mübarizə apardım. Qələbə qazanmaq üçün əlimdən gələni etdim, amma ehtiyatlı davranmağa məcbur idim. Hücuma getsəydim, başıma vuracaqdı. Müəllimim tapşırığına əməl etdim, qalib gəldim. Çalışdım ki, qələbə qazanım".
A.Tağızadə ona dəstək olan azarkeşlərə təşəkkür edib:
"Döyüşümə anam da evdə baxır. Bilirəm, çox həyəcanlanır. Prezidentin gəlməsini, anamı, məşqçimi və azarkeşləri düşünüb daha əzmlə döyüşdüm ki, qalib gəlim. Avropa Oyunları mənim üçün tarixdir. Qızıl medal qazansam tarix yazmış olacağam".
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə