Avropa Oyunlarında sərbəst güləş üzrə yarışlarda 58 kiloqram çəki dərəcəsində 2-ci yeri tutan ukraynalı Tatyana Lavrençuk Bakıdakı çıxışından çox razı qalıb.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Ukrayna Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən T.Lavrençuk çıxışını yüksək qiymətləndirib və Bakı haqqında təəssüratlarını bölüşərək deyib:
“Ümumilikdə, bu turnirdəki çıxışımdan çox razı qaldım. Amma final görüşündə həyəcanlı olmağım məğlubiyyətimlə nəticələndi. Görünür, bu, əvvəllər belə yüksək səviyyəli yarışlarda iştirak etməməyimlə əlaqədardır. Qarşılaşma zamanı çox əsəbi idim, lakin görüşün taleyini öz lehimə çevirməyə də yaxın oldum. Çox xoşbəxtəm ki, əsas məqsədimə nail oldum və Ukraynaya Avropa Oyunlarının medalını qazandırdım”.
T.Lavrençuk birinci Avropa Oyunlarında təşkilatçılığın yüksək səviyyəsi və Bakı haqqında da məmnunluqla danışıb: “Bu Oyunların təşkili və onun tərkibində sərbəst güləş yarışlarının keçirilməsi çox xoşuma gəldi. Bu, mənim Bakıya artıq üçüncü səfərimdir. Burada ukraynalı idmançılara hər zaman çox yaxşı münasibət var”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı