"Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə keçirilən yarışlarda sensasiyalı nəticə qeydə alınıb.
Qol.Az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 68 kq çəki dərəcəsində yarışan türkiyəli taekvondoçu Sərvət Tazəgül ilk turda məğlub olub.
Olimpiya, dünya və Avropa çempionu olan Türkiyə idmançısı ilk görüşündə polşalı Karol Robakla bacarmayıb. Qardaş ölkənin medal ümidi olan Tazəgülün rəqibinə 9:21 hesabı ilə uduzması ölkəsində birmənalı qarşılanmayıb. Polşa təmsilçisi finala qədər irəliləyəcəyi təqdirdə Sərvət təsəlliverici görüşlərə qatılacaq. Yeri gəlmişkən, Tazəgülün bu uğursuz çıxışı Türkiyə mətbuatı tərəfindən şok məğlubiyyət kimi qiymətləndirilib.
Qeyd edək ki, Cənubi Koreya (2011) və Rusiyada (2015) dünya, Romada (2008), Sankt-Peterburqda (2010), Mançesterdə (2012) və Bakıda (2012) Avropa çempionatlarının qızıl medallarına yiyələnən Sərvət Tazəgül 2012-ci il London Olimpiyadasının qalibi olub.
Yuxarı
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək