Mikayıl Cabbarov federasiya prezidenti olacaq

Mikayıl Cabbarov federasiya prezidenti olacaq
XƏBƏR 17 İyun 2015 / 12:11 3398
-  A +

 Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək. 

Qol.Az-ın  "Report"a  istinadən verdiyi məlumata görə,
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib ki, iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcək.

M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar".

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdullayev olub. 

Daha çox


Son xəbərlər