"Əlbəttə, gələn dəfə də çempion olsam, mütləq Azərbaycan himnini oxuyacağam. Sadəcə, bu dəfə qızıl medal qazanacağımı özüm də gözləmirdim".
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu bu gün "Bakı-2015" Birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə qızıl medal qazanmış Azərbaycan təmsilçisi Anjela Doroqan deyib.
Avropa Oyunları çempionu qeyd edib ki, qızıl medal qazandığına görə özünü xoşbəxt sayır: "Mən çox xoşbəxtəm ki, qalib gəldim. Bu mənim həyatımda ilk medalım idi. Özü də qızıl medal haqqında ümumiyyətlə düşünmürdüm. Sevinirəm ki, burada tarixi yaza bildim. Bakıda Avropa Oyunlarında finalda layiqli mübarizə apara və sonda Azərbaycanın bayrağını ucalda bildim".
O bildirib ki, bunu gözləməsə də, çox istəyib: "Ona görə də mən axıra kimi mübarizə apardım. Finalda ilk dəqiqədə az da olsa, tərəddüd edirdim, amma sonra özümü toparladım və düşündüm ki, qızıl medalı əldən verməyəcək və çempion olacağam. Bundan sonra məndə inam yarandı. Gələcəkdə nəticələrimi daha da yaxşılaşdıracağam".
Tamaşaçılara ona verdiyi möhtəşəm dəstəyə görə dərin təşəkkürünü bildirən A.Doroqan qalib elan ediləndən sonra hərəkətlərinin emosional olaraq baş verdiyini deyib: "Sadəcə, sevincimdən heç bilmirdim nə edim. Sevincimdən tullanıb düşürdüm".
Güləşçimiz bundan sonra Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağını bildirib.
O, qazandığı medalı valideynlərinə və məşqçisinə həsr etdiyini açıqlayıb.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar