Tarixi oyundan 10 il ötür (VİDEO)

Tarixi oyundan 10 il ötür (VİDEO)
VİDEO 25 May 2015 / 18:26 6091
-  A +

Bu gün 2005-ci ildə İstanbulda keçirilən Çempionlar Liqasının final oyunundan 10 il ötür.

Qol.Az-ın məlumatına görə, 10 il öncə həlledici görüşdə "Liverpul" (İngiltərə) və "Milan" (İtaliya) komandaları üz-üzə gəlib.

Olduqca dramatik keçən görüşün sonunda sevinən tərəf İngiltərə təmsilçisi olub. Fasiləyə 0:3 hesabı ilə geridə yollanan Liverpul təmsilçisi ikinci hissədə 3 qol vuraraq hesabı bərabərləşdirib.

Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Oyunda möhtəşəm geridönüş edən "Liverpul" penaltilər seriyasında daha dəqiq oynamaqla (3:2) fəxri kuboka yiyələnib.

Həmin oyunun videogörüntülərini təqdim edirik:

Daha çox


Son xəbərlər