"Komandada əhval-ruhiyyə yaxşıdır. "Qəbələ" ilə oyunu artıq unutmuşuq". Bu sözləri Qol.Az-a "Qarabağ"ın futbolçusu Vüqar Nadirov deyib.
27 yaşlı hücumçu bildirib ki, Ağdam klubunun yeni bazasının tikilməsi onlar üçün yaxşı olub:
"Məşqdən sonra qalıb öz üzərimizdə işləyirik. Bir sözlə, yeni bazada rahat oluruq. Tamaşaçı tutumu və şərait cəhətdən də hər şey qaydasındadır. Artıq növbəti mövsümdən bütün ev oyunlarımızı yeni stadionda oynacayıq. Avrokubok matçlarını isə həmişə olduğu kimi Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirəcəyik" .
V.Nadirov bildirib ki, Azərbaycan Premyer Liqasında lider olmalarına baxmayaraq, çempionluq haqda fikir bildirməyə tələsmirlər: "Hələ qarşıda oyunlarımız var. Hər üç matça ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq".
V.Nadirov "Qarabağ"la müqaviləni uzadıb-uzatmayacağı ilə haqda da danşıb. Bildirib ki, bununla bağlı tam dəqiq bir şey yoxdur: "Amma çalışacağıq ki, yeni müqaviləyə imza ataq".
Millimizin üzvü Azərbaycan Premyer Liqasının 33-cü turunda qarşılaşacaqları “Xəzər- Lənkəran"la oyun öncəsi fikirlərinə də bildirib: "Xəzər Lənkəran" ev oyunlarında yaxşı təsir bağışlayır. Gənc futbolçulardan ibarət komanda olmalarına baxmayaraq, onlar sona kimi mübarizə aparırlar".
"Qarabağ"ın futbolçusu onu da qeyd edib ki, "Qəbələ"yə qarşı matçda qələbəni əldən vermələri onlar üçün bir tərəfdən də yaxşı olub: "Bu matçla komanda özünə gəldi. Artıq qarşıdakı oyunlara ciddi hazırlaşacağıq".
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər