“Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”
Bu mövsümün sonunda “Qarabağ”dan heç bir futbolçu göndərilməyəcək.
Bu haqda Qol.Az saytına Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
“Onsuz da heyətimiz geniş deyil. “Qarabağ”a gələn olacaq, gedənsə olmayacaq”.
O bildirib ki, müqaviləsi başa çatan oyunçulara yeni müqavilə təklif olunacaq.
Q.Qurbanov yay transfer pəncərəsində əsasən hücum xəttinə oyunçu almaq istədiklərini söyləyib. Onun sözlərinə görə, başqa mövqelərdə çıxış edən futbolçular da var ki, maraq dairələrindədir.
Ağdam klubunun çalışdırıcısı həmin futbolçuların adlarını açıqlamasa da, onların legioner olduğunu deyib. Qurban Qurbanov ümumiyyətlə, yay transfer pəncərəsində yerli futbolçu almayacaqlarını söyləyib.
Onun sözlərinə görə, “Qarabağ”a tələblərinə cavab verən azərbaycanlı futbolçuların öz klubları ilə müqavilələri var.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər