"Bakı" klubunun hücumçusu, çempionatımızın hazırkı bombardiri Nurlan Novruzovun Qol.Az saytına müsahibəsi
- Artıq mövsüm başa çatır. Yəqin ki, çempionatımızın bombardirinə gələn təkliflər az deyil.
- Sevindirici haldır ki, həm ölkə daxilindən, həm də xarici klublardan gələn təkliflərin sayı günü-gündən artır. İndi ağıllı qərar verməliyəm. Tələsmək istəmirəm.
- "Neftçi"dən təklif aldığın deyilir.
- Hələlik heç bir təklifə cavab vermirəm. Qarşıda dörd oyunumuz var. Məqsədimə çatandan sonra bu təkliflərə baxacam.
- Məqsədin nədir?
- Çempionatı bombardir kimi başa vurmaq. Həmişə bunu arzulamışam.
- Artıq buna yaxınsan.
- Futbolda hec vaxt rahatlaşmaq olaz. "Bakı"da qol vurmaq elə də asan deyil. Hər oyunda qol vurub "Bakı"ya xallar qazandırmağa çalışıram. Qol vurduqca özümə daha çox güvənirəm.
- Türkiyə klublarından biri ilə razılığa gəldiyin deyilir.
- Həmişə ölkə xaricindən gələn təklifi üstün tutmuşam. Yəqin ki, alınsa, karyeramı xaricdə davam etirəcəm. Dörd oyundan sonra hər şeyə aydınlıq gələcək.
- Deməli, "Bakı"dan ayrılacağın dəqiqdir.
- Həqiqətən bu klubdan ayrılmaq mənə çox çətin olacaq. Bu səviyyəyə çatmağımda "Bakı"nın rolu danılmazdır.
- Yerli klublardan konkret hansından təklif almısan?
- Ad çəkmək istəmirəm. Zəng vurub maraqlanan klublara deyirəm ki, qarşıdakı dörd oyundan sonra rahat danışarıq.
- "Xəzər Lənkəran"la oyunda dubl edərək komandana qələbə qazandırdın. Milli komandamızın baş məşqçisi Robert Prosineçkiyə mesajın var?
- Bundan sonra danışmayacam. Sözümü meydanda öz qollarımla deyəcəm. Məncə, bu, daha yaxşı olar.
- Prosineçki ilə görüşsən, ona hansı sualı verərdin?
- Heç nə (gülür). Sadəcə, demək istəyirəm ki, mənə şans versin. Mən də millinin formasını geyinmək istəyirəm.
Ramiq AĞAMƏMMƏDOV
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər